Türkiyədə ustad Şəhriyarın 110 illik yubileyi keçiriləcək
24 yanvar 2017 09:33 (UTC +04:00)

Türkiyədə ustad Şəhriyarın 110 illik yubileyi keçiriləcək

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İstanbul Türk Ocaqları, İstanbul Universiteti və Sağlamlığın Qorunması İctimai Birliyi ilə birlikdə Azərbaycanı və Türk dünyasının böyük şairi Şəhriyarın 110 illiyi ilə bağlı İstanbulda konfrans və ədəbi-bədii tədbir keçirəcək.

 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin də dəstəklədiyi və İstanbul Universitetində keçiriləcək konfransda ustad Şəhriyarınn Azərbaycan və Türk ədəbiyyatındakı böyük rolu ilə bağlı məruzələr dinləniləcək.

 

Tədbirin sonunda keçiriləcək ədəbi-bədii hissədə isə Şəhriyar yaradıcılığından seçmələr səsləndiriləcək, əsərlərinə bəstələnmiş mahnılar ifa olunacaq.

 

Təbirdə Azərbaycandan və qardaş Türkiyədən başqa Türk dünyasının müxtəlif bölgələrindən də alimlər, şairlər, yazarlar iştirak edəcəklər.

 

 

# 333
avatar

Oxşar yazılar