İstanbul terrorundan son anda xilas olan məşhurlar
04 yanvar 2017 06:55 (UTC +04:00)

İstanbul terrorundan son anda xilas olan məşhurlar

Türkiyənin İstanbul şəhərində yerləşən “Reina” gecə klubda baş verən qətliamla bağlı yeni faktlar ortaya çıxıb.

 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, silahlı hücum baş verən zamanı orada amerikalı model Tooçi Kaş ve ABŞ-da yayımlanan “Gigolos” realiti şousundan məşhurlaşan Aş Armandi də olub. Onlar canlarını ölümdən son anda qurtarıblar.

 

Tooçi Yeni ili qeyd etmək üçün Aşla birlikdə İstanbula gedib. Bu barədə hər iki ulduz özü məlumat verib.

 

“Reina” gecə klubundan şəkillər paylaşan Kaş: “Ölən, öldürülən insanlar üçün dua edirəm”, Armand isə: “Partlayışdan 5 dəqiqə öncə çıxdıq” , - qeydini edib.

 

Xatırladaq ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.

# 415
avatar

Oxşar yazılar