“Bu, həmin “İnter”dir ki...” - AÇIQLAMA
15 fevral 2013 17:36 (UTC +04:00)

“Bu, həmin “İnter”dir ki...” - AÇIQLAMA

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının 1/16 final mərhələsində İtaliya “İnter”i ilə Rusiya “Rubin”inin ilk görüşlərini qələbə ilə başa vurmasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, “İnter” Rumıniya ÇFR-inə, “Rubin” isə İspaniya “Atletiko”suna eyni hesabla qalib gəlib - 2:0.

 

Hacıyev “Neftçi” ilə eyni qrupda mübarizə aparmış qalib komandaların oyunlarını izləyib. Baş məşqçi hesab edir ki, hər iki klub qazandıqları qələbə ilə yarışdakı iddialarını nümayiş etdiriblər: “Qrupumuzdan növbəti mərhələyə vəsiqə qazanmış “Rubin” səfərdə “Atletiko”nu məğlub etdi. İspaniya komandasının gücündən danışmaq artıq olar. Belə yarımmüdafiə və hücum xətti olan komanda “Rubin”lə görüşdə fərqlənə bilmədi. “İnter” də elə ilk oyunda cütün taleyini demək olar ki, həll etdi. Bu, həmin “İnter”dir ki, “Neftçi” onunla səfər matçında 2:2 hesablı heç-heçəyə nail olmuşdu. Hətta mən deyərdim ki, İtaliya təmsilçisi yarışın favoritidir”.

 

Baş məşqçi belə qənaətə gəlib ki, “Neftçi” “İnter” və “Rubin”ə qarşı layiqli çıxış edib: “İndi soyuq başla müqayisə edəndə görünür ki, biz hansı gücdə olan rəqiblərlə qarşılaşmışıq və layiqli mübarizə aparmışıq”.

 

Qeyd edək ki, “Neftçi” Avropa Liqasının qrup mərhələsini 3 xalla sonuncu pillədə başa vurub. Flaqman “Rubin”ə həm evdə, həm də səfərdə uduzub – 0:1. “İnter” isə Bakıda bir neçə əsas oyunçusunun köməyilə 3:1 hesablı qalibiyyətə nail olduğu halda, öz meydanında əksəriyyəti ehtiyatda qalan və yeniyetmələrdən ibarət olan heyətlə son anda qələbəni əldən verib – 2:2.

 

# 742
avatar

Oxşar yazılar