Yuxulu sürücü avtobusla piyadanı əzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
02 dekabr 2025 10:56 (UTC +04:00)

Yuxulu sürücü avtobusla piyadanı əzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

0

Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol qəzalarının əsas səbəblərindən biridir. Təqdim olunan videogörüntülər bir daha deməyə əsas verir ki, belə hallar dəfələrlə neçə-neçə insanın həyatına son qoyan ağır yol-nəqliyyat hadisələri ilə nəticələnib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, bu haqda çağırışların edilməsinə, zəruri qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, təəssüf ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, iş və istirahət rejiminə əməl etmədən sükan arxasında əyləşənlər tapılır.

Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi növbəti tədbir zamanı da sürücülərlə bu mövzuda zəruri izahahat işləri, maarifləndirici söhbətlər aparılıb.

Xüsusilə yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə iş və istirahət rejiminə əməl etməyin vacibliyi xatırladılıb, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyin əhəmiyyəti izah olunub, zəruri tövsiyələr verilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu qəbildən olan tədbirlər davamlı olaraq təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar