Yol polisi əməkdaşının Şəmkir rayonu ərazində "KamAZ" sürücüsündən rüşvət alınması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu APA-ya açıqlamasında Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.
Qurum rəsmisi bildirib ki, yayılan məlumatlar əsassızdır: “Araşdırma nəticəsində polisin sürücüdən pul alması faktı təsdiqini tapmayıb. Sadəcə həmin nəqliyyat vasitəsinin sürücüsü yük daşıma qaydalarını pozduğu üçün posta dəvət olunub, barəsində inzibati protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb edilib".