Yaqub Zurufçu dəfn olundu - YENİLƏNİB  - FOTOLENT  - VİDEO
15 sentyabr 2021 13:21 (UTC +04:00)

Yaqub Zurufçu dəfn olundu - YENİLƏNİB - FOTOLENT - VİDEO

Əməkdar artist Yaqub Zurufçu dəfn olunub.

Lent.az-ın məlumatına görə o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

12:47

Müalicə olunduğu xəstəxanada vəfat edən Əməkdar artist Yaqub Zurufçunun nəşi ailəsinə təhvil verilib.

Lent.az xəbər verir ki, hazırda 1 Saylı Şəhər Klinik Xəstəxanasının həyətində onunla vida mərasimi keçirilir. 

Mərasimdə mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

***

saat 10:55

Ötən gün 65 yaşında koronavirusdan dünyasını dəyişən Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçunun dəfn ediləcəyi yer məlum olub.

Ailəsindən Lent.az-a verilən məlumata görə, ifaçı "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. 11 yaşında xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan Yaqub Zurufçu, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri Var Xana-Xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını məharətlə ifa edib. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi.

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlamış, eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib. 1980-ci ildə Almaniyaya köçən müğənni musiqi təhsilini Hamburq şəhərində vokal sənəti üzrə davam etdirib, daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu alıb.

Bütün həyatı boyu qəlbində Azərbaycan musiqi sevdası ilə yaşayan Yaqub Zurufçunun dillər əzbəri olan “Ayrılıq” mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. O, 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb.

Bir neçə gün öncə koronavirusa yoluxan sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin!

# 11250
avatar

Yalçın UĞUR

Oxşar yazılar