Bakıda yağış bəzi yerlərdə hərəkəti iflic edib.
Lent.az xəbər verir ki, xüsusən Yasamal rayonuna daha çox yağıntı düşüb. Bu səbəblə Tbilisi prospekti, "İnşaatçılar" metrostansiyasının ətrafında yolu su basıb. Həmçinin Nəsimi rayonu "Memar Əcəmi" metrosunun yaxınlığı da yağış suları altında qalıb.
Hələlik məsələ ilə bağlı heç bir qurum münasibət bildirməyib.
Görüntüləri təqdim edirik: