Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Xankəndi-Laçın yolunda 8-ci gündür aksiya keçirilir.
Lent.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndindən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib.
Müraciətə dərhal cavab verilib və xəstənin aparılmasına şərait yaradılıb.
Həmin görüntüləri təqdim edirik: