Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, respublikanın bütün şəhər və rayonları üzrə idarə və şöbə rəislərinin iştirakı ilə keçirilən kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik edir.
Kollegiya iclası 2022-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.