Dekabrın 16-da Rusiya ordusu Ukrayna ərazisinə növbəti iri raket hücumu edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynaya raket hücumu təyyarənin pəncərəsindən lentə alınıb.
Yaşayış binaları və kritik infrastruktur obyektlərinə ziyan dəyib, bununla da bütün ölkədə elektrik enerjisi kəsilib. 60-dan çox raket atılıb.
Bundan əlavə, Moldova üzərində uçan WizzAir təyyarəsinin sərnişini təyyarənin pəncərəsindən Ukraynaya raket zərbələrinin necə göründüyünü göstərib.
Qeyd edək ki, “Moldelectrica” dövlət müəssisəsi ölkədə elektrik enerjisinin verilişində fasilələr yarandığını bildirib.
"Moldovada da elektrik enerjisinin kəsilməsi riski çox yüksəkdir", - şirkət xəbərdarlıq edib.