Ukrayna Milli Qvardiyasının hərbçiləri İzyum istiqamətində əks-hücum zamanı iki mayor da daxil olmaqla 15 rus əsgərini əsir götürüblər.
Lent.az-ın Ukrayna mediasına istinadla xəbərinə görə, müvafiq video sentyabrın 27-də social şəbəkədə yayılıb.
Videodan göründüyü kimi Rusiya hərbçiləri meşədəki müvəqqəti düşərgələrində əsir düşüblər.
Qeyd olunur ki, milli qvardiyaçılar Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə Xarkov vilayətinin yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad etməkdə davam edir.