Türkiyədə yaxtada çılpaq fotosessiya etdirən ukraynalı qızlar saxlanılıblar.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, çılpaq şəkil çəkdirən qızlar həmin an digər yaxtadakılar çəkiblər. Bundan sonra şəkillər İntenetdə və yerli kütləvi informasiya vasitələrində yayılıb, ukraynalıları polis saxlayıb.
Fotosessiya iştirakçılarından birinin sözlərinə görə, bütün günü polisdə sorğu-sual ediliblər. Nəticədə qızlar sərbəst buraxılıb.
“Əgər Türkiyədə, yaxud digər müsəlman ölkəsində çılpaq şəkil çəkdirmək niyyətindəsinizsə, yaxşısı budur bunu etməyin. Yaxud maksimum şəkildə gizlin edin, hədəfə tuş gəlməyin”, - saxlanılanlardan biri deyib.