Belçikalı teleaparıcı canlı yayımda özünü yandırıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, teleaparıcı Maureen Vanherberghen canlı yayımda təsadüfən alov silahını işə salanda özü yanıb.
Hadisə “Ketnet” uşaq kanalının mükafatlandırma mərasimi zamanı baş verib. Aparıcının özünü yandırdığı verilişin fraqmenti "YouTube"da yayımlanıb.
Videoda Vanerbergenin alov qurğusunu yuxarıya doğru qaldırdığını görmək olar, lakin qəfildən alovlar paltarını və saçını bürüdü. Əməkdaşlar onun yanına qaçaraq yanğını söndürməyə kömək edirlər. Bundan sonra o, eynək taxır, yenidən alov tüfəngi götürür və nominasiyanın qalibi ilə işarənin gizləndiyi topa atəş açır.
Teleaparıcı daha sonra açıqlama verərək, yanğında xəsarət almadığını və həmin an səhnədə sakit olmağa çalışdığını deyib.
Lent.az həmin videonu təqdim edir: