Təbrizdə yolları buz bağladı: Soydaşlarımızdan ETİRAZ
26 yanvar 2023 12:29 (UTC +04:00)

Təbrizdə yolları buz bağladı: Soydaşlarımızdan ETİRAZ

Təbriz şəhərində küçələr buz bağlayıb.

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, soydaşlarımız küçələrə duz səpilməməsindən şikayətlənir.

Belə ki, yolların pis vəziyyətdə olması sakinləri narahat edir. Əsasən də yaşlılar və uşaqlar hərəkət etməkdə çətinlik çəkirlər.

Sakinlər 1 həftədir müvafiq orqanlara xəbər versələr də, şikayətlərinə baxılmadıqlarını bildiriblər.

 

# 2421
avatar

Sevinc Fərid

Oxşar yazılar