Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlı kontingentinə məxsus çadırlar tam sökülüb, bütün konteynerlər isə götürülüb.
Lent.az-ın məlumatına görə, APA-nın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, konteyner və çadırlar yük avtomobilləri ilə Laçın istiqamətində quraşdırılan postun ərazisinə daşınıb.
***
Saat: 13:24
Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur.
Lent.az-ın məlumatına görə, APA-nın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları söküblər.
Sökülən çadırlar avtomobillərə yığılaraq Laçın istiqamətində aparılır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 13 gündür davam edir.