SON DƏQİQƏ  - Kabilə raketlər atıldı - VİDEO
30 avqust 2021 12:30 (UTC +04:00)

SON DƏQİQƏ - Kabilə raketlər atıldı - VİDEO

Kabil Hava Limanı yaxınlığına 5 raket atılıb.

Lent.az-ın CNN telekanalına istinadən məlumatına görə, avqustun 30-u səhər saatlarında şəhərdə  partlayış səsləri eşidilib.

Məlumata görə, raketlərin çoxu ABŞ-ın C-Ram hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Ancaq Kabil Hava Limanına doğru hərəkət edən bir avtomobil raketlə vurulub.

Hadisə zamanı ölən və yaralılar barədə dəqiq məlumat yoxdur.

Sevinc Fərid

# 3558
avatar

Oxşar yazılar