Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
Lent.az xəbər verir ki, "MOUZE" teleqram kanalı hadisə yerindən yeni görüntülər paylaşıb.
Qeyd edək ki, bu gün naməlum şəxs "Kalaşnikov" avtomatı ilə Azərbaycanın İrandakı səfirliyinə hücum edib. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi həlak olub. Xidmətin daha 2 əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb. Hücum edən şəxs saxlanılıb. Hazırda araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik: