Səmada sirli obyekt göründü - VİDEO
19 sentyabr 2023 10:27 (UTC +04:00)

Səmada sirli obyekt göründü - VİDEO

ABŞ-da insanlar səmada ağ və ya şəffaf olan sirli obyekt görüblər.

Lent.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Bu yaxınlarda səmada izdihamın diqqətini çəkən qəribə obyektə görə polisə müraciət olunub. Şahidlərin sözlərinə görə, obyekt qutuya bənzər bir əşyaya yapışdırılmış ağ və ya şəffaf şar kimi görünüb.

Obyekt bir müddət səmada hərəkətsiz qalıb. Hazırda polis obyektin nə olduğu araşdırır. Hüquq-mühafizə orqanlarının əməkdaşları obyektin kosmosdan və ya Çindən gəlməsi versiyasına inanmırlar.

Milli Meteoroloji Xidmət son vaxtlar ərazidə heç bir hava şarının buraxılmadığını bildirib. Təşkilat üzvləri bunun başqa bir təşkilat tərəfindən buraxılan tədqiqat balonu ola biləcəyini irəli sürüblər.

# 2223
avatar

Fidan İlqar

Oxşar yazılar