Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 22 yaşlı Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O törətdiyi əməli etiraf edib.
Araşdırmalar davam etdirilir.