Saxta babaların   kütləvi davası -  VİDEO
19 dekabr 2021 17:47 (UTC +04:00)

Saxta babaların kütləvi davası - VİDEO

Moskva küçələrində Şaxta baba kimi geyinən 7 nəfər dava edib.

Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, dava anının videosu da yayılıb.

“Yeni il qabağı bir az təlaş: Şaxta babaların dəstəsi Moskvada kütləvi dava edib”, - videonun müəllifləri yazıblar. Lakin hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Sosial şəbəkə istifadəçiləri müxtəlif fərziyyələr irəli sürüblər. Daha çox məlumatlı insanlar videonun qəhrəmanlarının əsl motivlərinin adını çəkiblər: “Dava Qar qız üstündə düşüb”, “Rəqabət”, “Hədiyyələri bölüşə bilməyiblər”. 

Bəziləri davanın səhnələşdirildiyinə şübhə etmədiyini söyləyib.

Saxta babaların kütləvi davası

# 3336
avatar

Oxşar yazılar