Sabirabadda baş verən ağır qəza ANI
26 sentyabr 2025 09:58 (UTC +04:00)

Sabirabadda baş verən ağır qəza ANI

0

Sentyabrın 20-də saat 23 radələrində Hacıqabul–Horadiz yolunun Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü 2.4  “Yol ver” nişanının tələbini pozaraq köməkçi yoldan əsas yola anidən daxil olaraq, bu zaman hərəkətdə olan “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsi xatırladır ki, sürücülər yolda hərəkət intensivliyinin yüksək olub-olmamasından və günün istənilən saatından asılı olmayaraq, yol nişanlarının tələblərinə mütləq riayət etməli, köməkçi yoldan əsas yola daxil olarkən isə yalnız hərəkətin tam təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamalıdırlar.

Unutmayaq ki, bu qaydaların pozulması qəfil toqquşmalara və bir çox hallarda ağır nəticələrə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, yol nişanlarının tələblərinə əməl etmək və sükan arxasında məsuliyyətli davranmaq yollarda təhlükəsizliyin əsas təminatıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar