Hazırda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən meyxanaçı Rəşad Dağlının oğlu yenə diqqətçəkən paylaşım edib.
Lent.az xəbər verir ki, Yusif "Instagram" hesabında atasının narkotikin əleyhinə söylədiyi məşhur meyxanasını paylaşıb. O, bundan öncə insanlara müraciət edərək, atasının adı yazılan köynəklərin satışa çıxarılmasını və Rəşad Dağlının adından saxta "TikTok" hesabları açılmasını pisləmişdi.
Xatırladaq ki, noyabrın 9-u İskəndər Mehtiyevi öldürməkdə ittiham olunan Rəşad Əmirov barəsində Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.