Qorxulu filmə  gülməli reaksiya   verən pişik - VİDEO
13 sentyabr 2023 18:33 (UTC +04:00)

Qorxulu filmə gülməli reaksiya verən pişik - VİDEO

Qorxu filmlərinə baxanda qorxan təkcə insanlar deyil. "Toqepi" adlı bu pişik də belə filmlərə qorxu və titrəyişlə baxır və səhnələrə həmişə emosional reaksiya verir. Bu videoda ev heyvanı Alfred Hitchcock-un "Psycho" filminə baxır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, heyvanın sahibinin sözlərinə görə, o, pişiklə qorxulu filmlərə baxmağı çox sevir.

O, ekranda hərəkət edən təsadüfi obyektləri seyr etməkdən, qəribə davranmaqdan və çoxlu sirli yüksək səslər çıxarmaqdan həzz alır.

Həmin videonu təqdim edirik:

# 2436
avatar

Fidan İlqar

Oxşar yazılar