QİYAMƏT YAXINLAŞIR:  100-dən çox hərəkətsiz vulkan aşkarlandı – ALİMLƏR ŞOKDA  - VİDEO
11 mart 2021 18:14 (UTC +04:00)

QİYAMƏT YAXINLAŞIR: 100-dən çox hərəkətsiz vulkan aşkarlandı – ALİMLƏR ŞOKDA - VİDEO

Elm adamları “qiyamət”in Antarktidadan başlanacağı iddiasını irəli sürüblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, buz altında vulkanların püskürməsi planetimizin "yaşanmaz" vəziyyətə gəlməsinə səbəb ola bilər. 

Buzlu qitədə Yer üzünün tarixi və iqlim dəyişikliyinin təsirləri haqqında daha çox məlumat əldə etmək üçün dünyanın təmiz yerlərini tədqiq edən təxminən 5000 alim çalışır.

Lakin tədqiqatçılar qitənin buz təbəqəsinin altında 100-dən çox hərəkətsiz vulkan kəşf etdikdə sözün əsl mənasında şoka düşüblər. Antarkida Yer üzündəki ən böyük vulkanik bölgəyə çevrilib.

Lester Universitetinin vulkanologiya üzrə professoru Con Smelli bildirib ki, vulkanlar buzun dibində nəhəng mağaralar yaradır və böyük miqdarda əridilmiş suya səbəb olur: 

“Eyni zamanda, Antarktidanın qərb hissəsində buz təbəqəsi nəm olduğundan və alt qatadək donmaması üst qatın daha asanlıqla əriməsinə şərait yaradır. Yer kürəsinin şirin su ehtiyatlarının 80 faizindən çoxu Antarktidadadır. Buzlaq əriyərsə, qlobal dəniz səviyyəsi, təxminən 60 metr qalxacaq – bununla da planetimizi yaşayış üçün əlverişsiz məkana çevriləcək”.


 

# 5730
avatar

Rəsul SARI

Oxşar yazılar