“Mançester Siti”nin futbolçuları Con Stounz və Kayl Uoker İngiltərəyə əliboş qayıtmamaq qərarına gəliblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə millisinin müdafiəçiləri Qətərdə bir pişiklə dostluq edib və onu özləri ilə aparıblar.
Qeyd edək ki, Stounz pişiyə Deyl adını verib.
Əldə edilən məlumatlara görə, pişiyin təxminən dörd həftə karantində qalacağı və sonra ya “Mançester Siti”nin məşq bazasına, ya da oyunçulardan birinin evinə aparılması gözlənilir.