“Qaz 31”ə  13 baş heyvan yerləşdirdi - Hamı heyrətlə izləyir -VİDEO
15 sentyabr 2023 15:12 (UTC +04:00)

“Qaz 31”ə 13 baş heyvan yerləşdirdi - Hamı heyrətlə izləyir -VİDEO

Sosial şəbəkələrdə yayılmış bir video izləyicilərin böyük marağına səbəb olub.

Lent.az-ın xəbərinə görə “Qaz 31” markalı köhnə avtomobilin sahibi maşının içərisinə 2 inək, bir buzov və 10 qoyun yerləşdirə bilib.

 Görüntülər Bərdə rayonunda yerləşən mal bazarında lentə alınıb. Avtomobil sahibi bunu  qazanc xatirinə etdiyini söyləyib. Onun dediyinə görə, inəklərin hər biri 250 kilo, qoyunlar isə təxminən 15-20 kilo çəkidə olub. 

O, avtomobilin baqajına sıxışdırılmış qoyunların yanına hələ daha bir qoyunun da yerləşdirməyin mümkün olduğunu deyib. 

13 baş heyvan yerləşdirilmiş minik maşınına sürücü ilə bərabər bir kişi də oturub və buzovu qucağına alıb.
 

# 10569
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar