“Taliban” artıq aeroportun bütün qapılarını bağlayıb. Heç kəsə icazə vermirlər. Amerikalılar da hava limanından 5-10 km uzaqda avtobuslarla dayanıblar”.
Bu sözləri hazırda Kabildə olan həmkarımız Əhməd Cavid Lent.az-a açıqlamasında bildirib.
O, Kabildə baş verən son hadisələr haqqında danışıb.
“Yeni xəbərlər odur ki, burada qadınların məktəbə, ofisə, universitetə və ya xəstəxanaya gedərkən kişilərə ehtiyac olmadığını deyilir. Həmçinin onlar Kabil hava limanında gedişlərin qarşısının alacaqlarını və etibarlı vizaya sahib olan şəxslərin hava limanına girməsində heç bir problem olmayacağına söz veriblər. Lazımi sənədləri olmayan vətəndaşların getməsinə icazə verilmədiyi bildirilib”.
Əhməd Cavid onu da qeyd edib ki, “Taliban” həkimlərin, mühəndislərin, elm adamlarının ölkədən çıxmasına imkan verməməkdə israrlıdır.
Kabildə olan həmkarımız oranı tərk edənlər haqqında da danışıb.
“30 avqusta qədər amerikalılar, 31 avqusta qədər isə türklər gedəcəklər. Türklər dünən axşamdan artıq çıxmağa başlayıblar. Amerikalılar tərcüməçilərini, inşaatda işləyənləri və hətta onlarla bir gün belə işləmiş insanları da özləri ilə aparırlar. Həmin insanların ailələrini, dostlarını, tanışlarını da geridə qoymurlar”.
Sevinc Fərid