Bakı-Sumqayıt şossesində "Toyota Prius" markalı avtomobilin sürücüsü sərnişini bıçaqlayıb.
Lent.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, həmin görüntülər araşdırılıb:
"Əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. İlkin araşdırmalarla T.Rəhimovun 34 yaşlı Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir".