Ev pişiyi uşağı eyvanın dəmir barmaqlıqlarının üstünə çıxmasının qarşısını alaraq onu xilas edib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, videonu “Twitter”də Hindistan meşə xidmətinin zabiti Sudha Ramen yayıb.
Kadrlarda eyvanda dayanan və dəmir barmaqlıqların üstünə qalxmağa çalışan kiçik bir uşağın olduğu görünür. Yanında, həyatını təhlükəyə atmasının qarşısını almaq üçün uşağın əlinə yumşaqlıqla pəncə qoyan ev pişiyi var.
Sosial media istifadəçiləri pişiyi uşağın qoruyucu mələyi adlandırıblar. Onların bir çoxu, videonu çəkən uşağın atasını tənqid edib. Videonun sonunda kişinin ayaqları da görünür.
“İlk üç-dörd saniyədə pişik uşağın atasına sual dolu nəzərlə baxır: niyə onu dayandırmırsınız?", - şərh yazanlardan biri qeyd edib.