İranda molla rejiminə qarşı etiraz aksiyaları artıq 4 aydır ki, davam edir.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu aylar ərzində bir çox dünya ölkələri də İran xalqına dəstək olurlar.
Bu ölkələrdən biri də Fransadır. Belə ki, paytaxt Parisdə Eyfel qülləsi İrandakı etirazçılara dəstək məqsədilə “Qadın, həyat, azadlıq” və “Edamları dayandırın” yazısı ilə işıqlandırılıb.