Bu gün Bakıda polis şöbəsində baş verən qətl hadisəsinin görüntüləri yayılıb.
Lent.az-ın məlumatına görə, görüntülərdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətlə yetirilən qadının meyitinin şöbədən çıxarılması əks olunub.
Həmin anlar şöbənin yaxılınğında yaşayan sakinlərdən biri tərəfindən lentə alınıb.
Qeyd edək ki, bu gün səhər saat 9 radələrində Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri İsmayıl Məmmədov aralarında yaranmış mübahisə zəminində arvadı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində table silahı ilə qətlə yetirib.
Görüntüləri təqdim edidik: