Dekabrın 15-də Ağdam rayon sakini Şükürov Sahib İsmixan oğlunun idarə etdiyi "VAZ 21043" markalı avtomobil postda saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Məlum olub ki, S.Şükürov avtomobili narkotik vasitələrdən istifadə oedərək sürüb.
Araşdırma zamanı o da bəlli olub ki, sürücü bu ilin aprel ayında da sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Binəqədi rayonu Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində inzibati cərimə tətbiq olunub.
Toplanmış materiallar aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilərək 2 il sürücülük hüququndan məhrum edilməklə 4 gün müddətində inzibati həbs olunub.