Günel Ələkbərova,Ayan Babakişiyeva, Nadir Qafarzadə
06 sentyabr 2021 18:21 (UTC +04:00)

Günel Ələkbərova,Ayan Babakişiyeva, Nadir Qafarzadə

Nadirlə Ayanın görüntülərini paylaşdı, bu sözləri yazdı - VİDEO

Müğənni Günel Ələkbərova həmkarları Nadir Qafarzadə və Ayan Babakişiyevanın qalmaqallı videosundan danışıb.

Lent.az xəbər verir ki, Ayanla Nadirin görüntülərini ilk dəfə səhifəsində paylaşan Günel bu sözləri deyib: "O video mənim telefonumdan çəkilmişdi. Orada elə bir şey yox idi. Sadəcə olaraq, yaxşılardan uzaq, mənəvi cəhətdən kasad insanlar nəyi necə görürlərsə, elə canlandırırlar. Şişirtdilər ki, dodaqdan öpüşdülər. Onu belə etmək lazım deyildi. Nadir gözəl insandır. Çoxlarında olmayan vicdan, qürur, insani davranış, ailəsinə bağlılıq məhz Nadirdə var. Onun gözəl xanımı var. Kiminsə dəxlisiz nələrsə yazması, paylaşması ilə gözdən düşməz.

Nadirin üzr istəməyini anlamadım, orada bir şey yox idi. Buna başqa cür don geyindirdilər, başqa şey yapışdırdılar. Ayan da yaxşı qız, gözəl anadır. İllərdir Nadirlə ailəlikcə dostdurlar. Sənət dostumu qucaqlayıb öpürəmsə, nəsə var? Kiminsə əksik işi olsa, kamera önündə etməz. İnsanların həyatına müdaxilə etməyin, günahını boynuna almayın".

Qeyd edək ki, Nadir Ayanın dodaqlarından öpdüyü videonu Günel sosial şəbəkədə paylaşmışdı. Nadir daha sonra buna görə videoaçıqlama yayaraq, üzr istəyib.

Günel Ələkbərova,Ayan Babakişiyeva, Nadir Qafarzadə

# 9492
avatar

Yalçın UĞUR

Oxşar yazılar