Türkiyədə namazda olan imam qarət olunub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhəri Karacabey qəsəbəsində qeydə alınıb. Saadet məscidində namaz qılan şəxs ibadəti yarımçıq qoyaraq, imam Hatip Metin Uyanıka aid motosikleti oğurlayıb. Oğurluq anı məscidin təhlükəsizlik kamerasına həkk olunub.
Hadisəni törədənin rahatlığı, motosikleti özününkü imiş kimi sürməyi də görüntüləri izləyənləri çaş-baş salıb. Polis hazırda onun axtarışlarını davam etdirir.