Maşınını hərbi komissarlığın girişində  YANDIRDI   – ETİRAZ -  VİDEO
26 sentyabr 2022 13:46 (UTC +04:00)

Maşınını hərbi komissarlığın girişində YANDIRDI – ETİRAZ - VİDEO

Volqoqrad vilayətinin Uryupinsk şəhərində 35 yaşlı şəxs Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata etirazını bu yolla nümayiş etdirib.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, o, maşınının hərbi komissarlığa yaxınlaşadararaq yandırıb. 

Videoda hücum edən şəxs birbaşa binanın girişində park edir, sonra maşından düşür və ona molotof kokteyli atmağa başlayır. Yanğın dərhal həm maşının özünü, həm də hərbi komissarlığın fasadının bir hissəsini əhatə edir.

Polis tez bir zamanda yanğın törədən şəxsi yaxalayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, kişinin yanında ən azı on şüşə yanacaq olub. Onun hərəkətləri nəticəsində xəsarət alan olmayıb, yanğın söndürülüb.

# 3717
avatar

Oxşar yazılar