Çinin Qansu əyalətində faciə baş verib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, yarış zamanı 21 idmançı ölüb.
Regionda 100 kilometr məsafəyə qaçış üzrə ultramarafon keçirilir.
İdmançılar çətin şərtlərdə mübarizə aparırlar: çətin ərazidə və dolu altında.
Bu yarışlardan sonuncusu 20 nəfərdən çox adamın ölümünə səbəb olub.
Qeyd edilir ki, mayın 22-də Çindəki hava şəraiti yarışı keçirməyə imkan verib. Lakin günorta vaxtı hava kəskin dəyişib: güclü külək əsib və dolu yağıb.
İdmançıların çoxunun bədən temperaturu qəflətən aşağı düşüb, buna görə özlərini pis hiss etməyə başlayıblar.
Yarış tamamilə dayandırılıb. Təşkilatçılar və xilasedicilər bir müddət itkin düşən idmançıları tapa bilməyiblər. Sonradan onların cəsədləri aşkarlanıb. Ölənlərin donduğu bildirilir.
Yarışda 172 idmançı iştirak edib. Onlardan 151 nəfəri xilas etmək mümkün olub, qalanları ölüblər.
Hadisə barədə yayılan videonu təqdim edirik: