Süleyman Tursunbayev
17 fevral 2021 14:05 (UTC +04:00)

Süleyman Tursunbayev

Kursanta qalib gəldiyi üçün məktəblini döyüb öldürdülər - VİDEO

Türkmənistanda keçirilən cüdo yarışında qalib gəldikdən sonra 14 yaşlı Süleyman Tursunbayev ağır döyülüb, naməlum istiqamətə aparılıb və ölümə məhkum edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, yeniyetməni yoldan keçənlər görüb təcili yardım çağırsalar da, oğlanı xilas etmək mümkün olmayıb. 

Yeniyetmənin Axal bölgəsindəki olimpiya ehtiyatını hazırlamaq üçün idman internat məktəbinin yeddinci sinfində oxuduğu qeyd olunur.

Baharden şəhərindəki turnirdə 14 yaşlı oğlana guya eyham ediblər ki, o, Türkmənistan Daxili İşlər Nazirliyi institutunun tələbəsinə uduzmalıdır. Lakin məktəbli qələbə qazanaraq çempion olub. 

Bundan sonra oğlanın məşqçisini və özünü vəhşicəsinə döyərək naməlum istiqamətə aparıblar. Yoldan keçənlərin çağırdığı təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Ancaq paytaxtdakı xəstəxanalardan birinin həkimləri Aşqabaddan 500 kilometr uzaqlıqdakı yaşayış yerinə aparılmasını məsləhət görüblər.  

Zərərçəkən Daşoğuz vilayətindəki rayon xəstəxanasına gətirilib. Buna baxmayaraq, onu xilas etmək mümkün olmayıb, bir neçə gün sonra vəfat edib.

Ölən məktəblinin valideynləri ölkə prezidenti Qurbanqulu Berdımuhəmmədova müraciət ediblər.

# 14493
avatar

Oxşar yazılar