AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli ötən gün açıqlamalarının birində yeni strukturda işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədər olacağını deyib. O qeyd edib ki, bu balans həmçinin rəyasət heyətinin say tərkibinə də tətbiq olunacaq.
Bu da onu göstərir ki, AMEA-da kütləvi ixtisarlar nəticəsində bir çox alimlər işdən çıxarılacaq. Bəs, onların sonrakı aqibəti necə olacaq?
Lent.az ixtisarlar barədə AMEA-nın əməkdaşları arasında sorğu edib.
Aparılan sorğunun nəticəsində məlum olur ki, ixtisara düşən alimlər işsiz qalmayacaq. Onlar digər institutlarda işlə təmin olunacaq.
Həmin videogörüntünü təqdim edirik: