Amerikanın San Dieqo şəhərinin sakininə məxsus qızıl retriever (it növü) oğrunu sahibinin yoxluğunda yaxşı dostu kimi qarşılayıb. Oğru qapısı açıq qaraja girən zaman itlə rastlaşıb. Yaranmış vəziyyətdən istifadə edən oğru bahalı velosiped oğurlamaq qərarına gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq videonu şəhər polis idarəsi paylaşıb.
Lakin oğru iri itin peyda olmasından qorxub. Amma it özünü elə aparıb ki, sanki oğru onun yaxşı dostudur. Açıq-aşkar sərxoşluq əlamətlərini göstərən şəxs hətta itlə bir az oynamaq üçün velosipedini park edib. Videoda oğrunun iti təriflədiyini, dördayaqlı itin isə onun üstündə hürdüyünü aydın eşidə bilərsiniz.
Daha sonra, oğru təxminən 1300 dollar dəyərində velosipedə minərək oradan uzaqlaşıb. Bütün bu müddət ərzində it heç bir dəfə də hürməyib.