İnşaatçılar Qazaxıstanın paytaxtı Nur-Sultan sakinləri üçün qeyri-adi bir tamaşa təşkil ediblər.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, inək kranla tikilməkdə olan çoxmərtəbəli binanın damına qaldırılıb.
Sosial mediada hadisənin videosu yayılıb.
Hadisə Najimedenova küçəsində qeydə alınıb. Kadrlarda çaşqın bir inəyin tikilməkdə olan yeddimərtəbəli binanın damına necə qaldırıldığı göstərilir. Onu orada bir neçə nəfər qarşılayır.
Videonun müəllifi məntiqi bir sual verir – o, orada nə üçün lazımdır?
“Faktla bağlı araşdırma aparılır. Qanun pozucusunun məsuliyyətə cəlb ediləcək”, - Nur-Sultanın polis departamentinin mətbuat xidmətindən bildirilib.
Bir müddət sonra təşkilatçı tapılıb. Tikinti sahəsinin rəisi izahatında qeyd edib ki, inəyi dama çıxartmaqda məqsəd kəsib ətini imkansızlara paylamaq olub.