Göydələnin üstündə evlilik təklifi edən cütlük  saxlanıldı -VİDEO
02 iyul 2026 15:27 (UTC +04:00)

Göydələnin üstündə evlilik təklifi edən cütlük saxlanıldı -VİDEO

0

Göydələnin ən yüksək nöqtəsinə çıxan cütlük orada nişanlanıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, iki sevgili ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur "Empire State Building" göydələninin ən yüksək nöqtəsinə qalxaraq burada nişanlanıblar.

Onların təhlükəli addımı isə polis tərəfindən saxlanılmaları ilə nəticələnib.

эмпа.jpg (48 KB)

Nyu-York polis əməkdaşlarının kameralarına düşən görüntülərdə 33 yaşlı Anjela Nikolau və 32 yaşlı İvan Kuznetsovun göydələnin anten hissəsində saxlanıldığı əks olunub. Məlumata görə, İvan polis əməkdaşları yaxınlaşmazdan cəmi bir neçə dəqiqə əvvəl sevgilisinə 440 metrdən çox hündürlükdə evlilik təklifi edib.

Kadrlarda polis əməkdaşlarından biri cütlüyə yaxınlaşaraq "sizi görürəm, burada olmağınıza icazə verilmir" deyir. Anjela isə sakit şəkildə "mən yaxşıyam" cavabını verir. 

эмпа1.jpg (24 KB)

Cütlük Empire State Buildingin 443 metrlik antenasının zirvəsinə qalxaraq üzərində "sevginin gücü hakimiyyət sevgisinə qalib gələndə dünyaya sülh gələcək" sözləri yazılmış banner açıb.

Onlar təxminən 30 dəqiqə göydələnin zirvəsində qalıblar. Bu müddətdə ərazidə polis helikopteri dövrə vurub. Daha sonra cütlük müşahidə meydançasına enərək nişan mərasimini tamamlayıb. Çəkdikləri görüntülərdə Anjela barmağındakı iri nişan üzüyünü nümayiş etdirib.

Yerə endikdən dərhal sonra Nyu-York polisi onları saxlayıb. Hazırda cütlük barəsində irəli sürüləcək ittihamlar araşdırılır. Hüquq-mühafizə orqanları onların mühafizəni necə keçərək göydələnin 103-cü mərtəbəsinə çatmasını hələ də müəyyənləşdirə bilməyib.

эмпа2.jpg (105 KB)

Cütlük daha əvvəl də dünyanın müxtəlif hündür tikililərinə qanunsuz şəkildə qalxması ilə tanınıb. Onlar San Franciscodakı Bay Bridge körpüsünün pilonuna, həmçinin Kuala Lumpurdakı dünyanın ən hündür binalarından biri olan Merdeka 118-ə də qalxıblar. Bu dəfə isə Empire State Buildingdə yaşadıqları romantik an polis müdaxiləsi və həbs ilə başa çatıb.

эмпа3.jpg (57 KB)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar