Tehranda narazı gənclər küçənin ortasında “Molotov kokteyli” düzərək polislə qarşıdurmaya hazırlaşıblar.
Lent.az xəbər verir ki, ötən axşam yenidən etiraz aksiyası təşkil edən Tehranın Yusufabad məhəlləsinin gəncləri küçədə molotof kokteyli düzərək İran xüsusi təyinatlılarının gəlişini gözləyiblər.
Bu aksiyalar İranın hakimiyyət rəsmilərinin repressiv siyasətinə etirazdır. Onlar repressiv xüsusi təyinatlı qüvvələrlə üz-üzə gəlməyə hazırlaşıblar. Polislər ötən gecə birbaşa insanlara atəş açaraq bir neçə nəfəri öldürüb və ya yaralayıblar.
Yusufabad bölgəsinin gəncləri küçənin kənarında molotov kokteylləri qoyaraq polislərin gəlişini gözləyiblər. Hökumət qüvvələri gənclər tərəfindən cəzalandırılmaqdan qorxaraq nümayişçilərə yaxınlaşmağa cəsarət etməyiblər.
Qeyd edək ki, 25 sentyabr İran xalqının ümummilli etirazlarının 10-cu günü İranın əksər şəhərlərində baş tutub.