Əsəbi sərnişin aeroportun terminalını dağıtdı - VİDEO
27 sentyabr 2023 17:26 (UTC +04:00)

Əsəbi sərnişin aeroportun terminalını dağıtdı - VİDEO

İspaniyanın Mayorka adasındakı Palma hava limanında uçuşu yarımçıq qoyan sərnişin terminalda dağıntılar törədib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kanariyaya uçuşunu yarımçıq buraxan şəxs hirslənib və hava yollarının əməkdaşlarına hücum edib. Qəzəblənən sərnişin köynəyini cırıb və dağıntılar törətməyə başlayıb. Əvvəlcə o, kompüteri, sonra isə stul, printer və digər əşyaları divara çırpıb.

O, qadınların hamamına girib və güzgünü sındırıb. Nəticədə sinə və qarın nahiyəsindən xəsarət alıb.

# 2616
avatar

Oxşar yazılar