İşğaldan azad olunmuş Ağdam rayonunda ermənilərin təşkil etdiyi gizli bunker aşkarlanıb.
Lent.az xəbər verir ki, “Xəzər Tv” həmin bunkerdən videomaterial hazırlayıb. Videoda bunkerin raket və artilleriya zərbələrinə qarşı xüsusi üsullarla necə möhkəm hazırlanması şərh edilib.
Ordumuzun Ağdamdan hücum edəcəyini düşünən mənfur düşmən sözügedən bunker üçün elə yer seçib ki, oradan ətraf ərazilərimizi də daim təhlükə altında saxlaya bilərdilər. Belə ki, bunkerin üçüncü mərtəbəsində, yəni ermənilərin müşahidə məntəqəsi adlandırdıqları yerdən nəinki Ağdamın digər kəndləri, hətta qonşu rayonların əraziləri də açıq şəkildə görünür.
Daha ətraflı bunkerdən çəkilən görüntüləri izləyin: