Füzulidə kanala aşan maşın
10 yanvar 2022 15:30 (UTC +04:00)

Füzulidə kanala aşan maşın

Direktorun olduğu maşın kanala aşdı - VİDEO - YENİLƏNİB

Füzulidə baş verən qəzanın təfərrüatları məlum olub.

Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan xəbərdə bildirilir ki, maşını idarə edən Böyük Bəhmənli kənd orta məktəbinin ibtidai sinif müəllimi Aygün İsmayılova olub. Hadisə zamanı maşında onun azyaşlı qızı və anası da olub. A.İsmayılovanın anası Gülşən İsmayılova isə Böyük Bəhmənli kənd peşə məktəbinin direktorudur.

Ərazidə olan kənd sakinlərinin köməyi ilə hər üç şəxs boğulmaqdan son anda xilas edilib.

***

saat 14:35

Füzulidə avtomobil kanala aşıb.

Lent.az xəbər verir ki, hadisə yanvarın 9-da rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə zamanı "Hyundai" markalı avtomobil su kanalına aşıb, xoşbəxtlikdən avtomobildə olan şəxslərdən xəsarət alan olmayıb.

Füzulidə maşın kanala aşdı

Kanala düşən direktor və qızı belə qurtarıldı

# 3618
avatar

Mehman Nəbiyev

Oxşar yazılar