Türkiyədə böyük fəlakətə səbəb olan zəlzələ bölgəsində dağıntılar altında qalan 5 yaşlı Yağmurun atasına və xilasetmə qruplarına dediyi sözlər hər kəsi ağladıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Yağmur "çox üşümüşəm ata" deyərək insanların ürəyini parçalayıb.
“Çox üşümüşəm, əllərim ağarıb. Nənəmin yanına getmək istəyirəm, ata” deyən 5 yaşlı Yağmurun atası onun yanında olduğunu və dəstəyini göstərib.
Atası Yağmura çuxur açdıqlarını, ora çatmalarına çox az qaldığını deyib. "Yağmur, oturduğun yer ordadır. Deşdilər. Küləyi kəsdim ki, sənə soyuq gəlməsin”, - deyərək atası ağlayıb.
Sonra azyaşlı xilas edilərək atasına qovuşub.
Yağmurun səhhətinin yaxşı olduğu öyrənilib.
Ürəkdağlayan həmin görüntüləri təqdim edirik: