Sumqayıt şəhəri Novxanı çimərliyində insanların istirahətini pozan sürücülər saxlanılıblar.
Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl sosial şəbəkələrdə "Niva" markalı avtomobillərlə Novxanı çimərliyində vətəndaşların istirahətini pozan sürücülərin görüntüləri yayılıb.
Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin nəqliyyat vasitələrinin sürücüləri Sumqayıt şəhər sakini Nurlan Mirzəliyev və Abşeron rayon sakini Kənan Əlicanov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-maddəsi ilə inzibati protokollar tərtib olunub.
Həmin protokollar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.