Belaruslular Kiyevin müdafiəsi üçün Kastus Kalinovski adına batalyon yaradıblar.
Lent.az bildirir ki, bu barədə Ukrayna kütləvi informasiya vasitələrində məlumat yayılıb.
Kastus Kalinovski kimdir?
Vikentiy Konstantin (Kastus) Kalinovski (1838-1864) - Qrodno rayonunun yoxsul bir zadəgan ailəsindəndir. Sankt-Peterburq Universitetinin hüquq fakültəsində təhsil alıb.
1861-ci ildə vətəninə qayıdaraq 1863-cü ilin yanvarında Rusiya imperiyasına qarşı başlayan üsyanın hazırlanmasında iştirak edib. Kalinovskinin komandanlığı altında olan üsyançı dəstələr əsasən indiki Belarus ərazisində fəaliyyət göstəriblər.