Baş nazirin müavini Lökbatanda su kəməri partlayan yerə getdi - YENİLƏNİB
15 oktyabr 2022 11:30 (UTC +04:00)

Baş nazirin müavini Lökbatanda su kəməri partlayan yerə getdi - YENİLƏNİB

"Su borusunda baş verən partlayışa görə şəhər ərazisində, həmçinin Lökbatan qəsəbəsində suyun verilməsində problem yaranmayıb".

Lent.az APA-ya istinadən xəbər verir ki ki, bunu Bakı-Qazax yolunda magistral su kəmərindəki qəza zamanı ərziyə gələn Baş nazirin müavini Şahin Mustafayev deyib.

Baş nazirin müavini qeyd edib ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Şahin Mustafayev

***
Saat: 10:48

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Lent.az-a bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir.

Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur.

***
Saat: 09:55

Fövqəladə Hallar Nazirliyi Lökbatanda yolu su basması ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, hadisə ilə əlaqədar Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

Həmçinin su kəmərinin partlaması nəticəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Məlumata görə, həmin yol üzrə təxminən 10 kilometrlik tıxac yaranıb. Avtomobillər yolda yaranan gölməçədə çətinliklə hərəkət edirlər.

Görüntüləri təqdim edirik:

***
Saat: 09:20

"Azərsu" ASC-dən Lökbatanda yolu su basmasına münasibət bildirilib.

Qurumun mətbuat katibi Anar Cəbrayıllı Lent.az-a bildirib ki, Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral  su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən  Bakı-Qazax avtomagistralını subasma halı baş verib:

"Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür".

***
Saat: 08:48

Lökbatan istiqamətində hər iki istiqamətdə yolu su basıb.

Lent.az xəbər verir ki, subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7947
avatar

Oxşar yazılar