Bakıda intihar hadisəsi olub.
Nərimanov rayon Prokurorluğundan Lent.a-a verilən məlumata görə, hadisə Təbriz küçəsində qeydə alınıb. 15 yaşlı türkiyəli yeniyetmə Məhəmməd Kalkan yaşadıqları binanın 9-cu mərtəbəsindən özünü atıb. Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən Məhəmməd Kalkan Azərbaycanda fəaliyyət göstərən türk iş adamının oğludur.